Mbappe "Real"da ən çox maaş alan futbolçu olacaq
Yuxarı

Mbappe "Real"da ən çox maaş alan futbolçu olacaq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hücumçu Kilian Mbappe mövsümün sonunda "Real"a keçdikdən sonra bu klubun ən çox qazanan futbolçusu olacaq.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, 25 yaşlı futbolçu Madrid klubunun cinah hücumçusu Vinisius Junior və yarımmüdafiəçi Cud Bellinqemdən daha çox qazanacaq. O, həmçinin "Real" tarixində imic hüquqlarının ən böyük faizini alacaq futbolçu olacaq.

Bildirilir ki, vergilər çıxılmaq şərti ilə Kilianın təmiz illik maaşı təqribən 25-30 milyon avro olacaq. Bəzi mənbələr məbləğin 40 milyona qədər yüksələcəyini bildirirlər.

Qeyd edək ki, Mbappe ötən gün rəsmən PSJ-dən ayrılacağını açıqlayıb. Onun parislilərlə müqaviləsi iyunun 30-da başa çatacaq. Lakin fransalı futbolçu karyerasını harada davam etdirəcəyini açıqlamayıb. Çox güman ki, yayda "Real"a keçəcək.

Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. O, meydana çıxdığı 306 oyunda 255 qol vurub. Parislilərin heyətində 7 dəfə Fransa çempionluğu daxil olmaqla 15 kubok qazanıb.

Tarix
2024.05.11 / 12:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mirzoyan Bayramovla Almatı görüşünü şərh etdi

ATƏT sədrinin İrəvanda möhtəşəm “Qərbi Azərbaycan” cavabı

İlham Əliyev bu rəsmi şəxsləri qəbul etdi

Putin Şoyqunu niyə MN-dən uzaqlaşdırdı? - 3 səbəb

Şuşada “Xarıbülbül”də nə baş verdi? - Video

Prezident Patrisiya Skotlendi qəbul etdi

Bakıda daha bir mühüm konfrans işə başladı

Hindistan yükləri Azərbaycan ərazisindən daşına bilər

Fransadan Bakı və İrəvana çağırış: Alqışlayırıq

Patruşev vəzifəsindən niyə azad edildi? - Korotçenko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla