İtaliya klubu Qurban Qurbanovla maraqlanır? - "Latsio" rəsmisi Sportlife.az-a AÇIQLADI

  • 9 Mart 2024, 21:06

İtaliya A Seriyasında mübarizə aparan "Latsio"nun Qurban Qurbanovla maraqlandığı barədə xəbərlər yayılıb. (offsideplus.az)

Roma təmsilçisinin mətbuat katibi Luici Sinibaldi Sportlife.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:

"Qurban Qurbanov gündəmimizdə deyil. Yerli və xarici media bir çox məşqçinin adını çəkir. Amma bizim Mauritso Sarri ilə 2025-ci ilədək müqaviləmiz var".


Paylaş: