Can Bonomoya öpüşdüyü modeldən sərt ittiham

Can Bonomoya öpüşdüyü modeldən sərt ittiham

can-bonomoya-opusduyu-modelden-sert-ittiham
Oxunma sayı: 657

Bu il Türkiyəni “Eurovision” Mahnı Müsabiqəsində təmsil edən Can Bonomo
ötən həftə məşhur model və aktrisa Didem Erol ilə kafedə öpüşdüyü günün səhəri “sərxoşdum, belə birini tanımıram” deməsi qarşı tərəfin qəzəbinə səbəb olub.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Didem Erol, Kenan Doğulunun ad günündə tanış olduğu Can Bonomonun “mən mətbuata bu barədə bir şey deyəcəm, sən danışma” deməsindən sonra belə bir açıqlamanı verməsinə çox təəccüblənib.

D. Erol gözlədiyi açıqlamanı verməyən Bonomonun “onu tanımıram” deməsinə çox qəzəblənib: “Bir həftədir çıxan xəbərlərə susuram. Çıxıb həqiqəti demək üçün ona fürsət verdim. Düşünürəm ki, danışmadığına görə, 25 yaşlı dünənki uşaq məndən istifadə etdi. Can Bonomo kimdir? Məni tanımasa nə olacaq ki?! Mən tanıdığıma peşmanam. Bu elədiyi kişiliyə sığışmır”.

Nigar