Bidzina İvanişviliyə qarşı heç bir sanksiya yoxdur - Ceyms Obrayen - "İki sahil"
14 may 2024 21:59
230

Bidzina İvanişviliyə qarşı heç bir sanksiya yoxdur - Ceyms Obrayen

"Bu mərhələdə Bidzina İvanişviliyə qarşı heç bir sanksiya yoxdur. Belə bir nüfuzlu şəxsin yanlış məlumatlandırılması həqiqətən heyrətamiz və kədərlidir".

“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen mətbuat konfransında deyib.

O, bildirib ki, qeyd olunan səbəb konstitusiyada yazılan ölkənin öhdəliyindən şəxsi mənafeyi üstün tutmaq deməkdir: “Qanunla bağlı müzakirələrlə bağlı Baş nazirlə əlaqə saxladıq, onu ABŞ-yə dəvət etdik. Avropa İttifaqının nümayəndələri ilə də görüşlər olub. Biz bura gəlməmişdən əvvəl cənab İvanişvili ilə görüşmək istəyimizi bildirdik. Cavab belə oldu ki, İvanişvili faktiki sanksiyalar altındadır. İndiki mərhələdə ona qarşı heç bir sanksiya yoxdur. Belə bir nüfuzlu insanın bu qədər yanlış məlumatlandırılması həqiqətən heyrətamiz və kədərlidir”.

“Bir ölkə tərəfdaşı ilə görüşdən imtina edə bilməsinin səbəbi konstitusiyada qeyd olunduğu kimi, şəxsi mənafeyi ölkənin öhdəliklərindən üstün tutmaqdır. Ona görə deyirəm ki, qanunu müzakirə etmək, danışmaq yalnız bir istiqamətdir. Bununla belə, bu, çox vacibdir və çalışmalıyıq ki, aramızda mövcud olan səmərəli və konstruktiv əməkdaşlığı dəyişməyək”, - o əlavə edib.

Xatırladırıq ki, İrakli Kobaxidzenin sözlərinə görə, Bidzina İvanişviliyə Ceyms Obrayenlə görüşlə bağlı müraciət olub, amma o, bundan imtina edib.