CAR prezidenti də Ukrayna ilə bağlı konfransdan imtina etdi

Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək konfransda iştirak etməyəcək.

Bizimxeber.az bildirir ki, bu barədə onun mətbuat katibi Vincent Maqvenya bildirib.

O deyib ki? iyunun ortalarında Cənubi Afrika prezidenti post-prezident seçkiləri ilə məşğul olacaq: "Xeyr, o, prezident seçkilərindən sonra ölkəmizdə baş verəcək konstitusiya prosesləri səbəbindən ora getməyəcək", - Vinsent Maqvenya "TASS"ın müvafiq sualını cavablandırarkən deyib.

Dəvət olunan 160 ölkədən 50-si İsveçrə sammitində iştirakını təsdiqləyib. Onların arasında Braziliya, Hindistan, Çin və Cənubi Afrika da var. Ukrayna Rusiya nümayəndə heyətinin iştirakına qarşı çıxıb. Kreml Rusiyanın iştirakı olmadan İsveçrədə keçirilən sülh konfransını mənasız adlandırıb.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Ukrayna ilə bağlı konfransda iştirak etməmək qərarına gəlib.

Çinin mövqeyi tam aydın deyil.

Фpreldə Almaniya kansleri Olaf Şolz ÇXR sədrinin İsveçrə konfransını dəstəklədiyini açıqladı. Bununla belə, mayın əvvəlində Fransaya səfərindən sonra Si Cinpin bildirib ki, Çin beynəlxalq sülh konfransının lazımi vaxtda keçirilməsinin tərəfdarıdır və bu konfransda Rusiya tərəfi də iştirak etməlidir.