Yapon Alpları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yapon Alpları
日本アルプス
Ümumi məlumatlar
Mütləq hündürlüyü 3.193 m
Yerləşməsi
36° şm. e. 137° ş. u.
Ölkə
Yapon Alpları xəritədə
Yapon Alpları
Yapon Alpları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yapon Alpları (日本アルプス, Nihon Arupusu) — Yaponiyada bir sıra dağ silsiləsi.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Yapon Alpları Yamanaşi, Naqano, Toyama, ŞizuokaGifu prefekturalarında yerləşir və 3 silsilədən ibarətdir:

  • Hida dağ silsiləsi (飛騨山脈 Hida sammyaku) — Şimali Yapon Alpları
  • Kiso dağ silsiləsi (木曽山脈 Kiso sammyaku) — Mərkəzi Yapon Alpları
  • Akaişi dağ silsiləsi (赤石山脈 Akaishi sammyaku) — Cənubi Yapon Alpları

Bu yüksək silsilələr hündürlüyü 3000 m-dən (9,843 fut) keçən bir neçə zirvəni əhatə edir ki, bu da Fuji dağından sonra ən hündürdür.

Burada olan xammalı — ağac, yanacaq, gübrə, ət, minerallar və bitkilər əhali tərəfindən istifadə edilir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Adı ingilis arxeoloqu Uilyam Qould tərəfindən qoyulmuşdur. Yapon Alpları bir çox yapon zəvvarının ibadət yeridir.

Yapon Alp dağları qədim zamanlardan Buddist rahibləri tərəfindən müqəddəs yer kimi istifadə edilirdi.[1]

Orta əsrlərdə Kaqa krallığının[2] samurayları və sugendoları [3] dağların xəritəsini yaratmağa çalışırdılar.[4]

İlk müasir geoloji hesabatlar 1890-cı ildə nəşr olunmuşdur.

1907-ci ildə Yoşitaro Şibasaki öz adamları ilə Yaponiyada ən son öyrənilməmiş zirvə hesab edilən və qalxması ən çətin olan Tsurugi dağına[5] qalxmağı bacardılar. Dağın zirvəsində tapılan metal şuqendo çubuğu və qılıncı onları son Nara dövründən[6] erkən Heian dövrünə qədər olduğunu təsdiqlədi. Məlum oldu ki, Tsuruqi dağına 1000 ildən çox əvvəl şugendolar artıq qalxmışdılar.[7]

Qallereyası[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]