Dövlət Arxivinin Gəncə filialında 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümünə həsr edilmiş tədbir keçirilib

NatIonal ArchIves

of the RepublIc of AzerbaIjan

We should pay serious attention to the archives.
Firstly, as they are the only source reflecting our national history
and, secondly, archives are very important for halting
those who misrepresent our history.

LAST NEWS

Dövlət Arxivinin Gəncə filialında 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümünə həsr edilmiş tədbir keçirilib

07 may 2024-cü il tarixində  “Müharibə. Qələbə. Yaddaş” adı altında keçirilən tədbirdə Gəncə Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sabirə Bayramova, kinorejissor, jurnalist Mahir İsayev, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Rəşad Hüseynov, mərkəzin tələbələri və filialın əməkdaşları iştirak ediblər.

İlk öncə dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda Şəhid olan hərbiçilərimizin, o cümlədən İkinci Dünya Müharibəsində həlak olmuş həmvətənlərimizin ruhu sükutla yad edildi. Tədbiri açıq elan edən Dövlət Arxivi Gəncə filialının direktoru Eleonora Süleymanova 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi zamanı faşizmə qarşı döyüşən azərbaycanlı diviziyaların döyüş yolu, həmvətənlərimizin şücaəti haqqında, o cümlədən Azərbaycan neftinin qələbənin qazanılmasında müstəsna rolundan danışdı.  

Daha sonra çıxış edən Sabirə Bayramova,  Mahir İsayev tarixi faktlar, o cümlədən arxiv sənədləri əsasında faşizm üzərində qələbənin qazanılmasında böyük xidmətləri olan azərbaycanlı hərbçilər haqqında geniş məlumat verdilər.

Filialın əməkdaşları Aytən Vəliyeva və Fidan Babayeva İkinci Dünya Müharibəsi iştirakçısı olan azərbaycanlıların filialda mühafizə edilən şəxsi mənşəli sənədləri haqqında məlumat verdilər.

Sonda Böyük Vətən Müharibəsində iştirak etmiş həmvətənlərimizin arxivdə mühafizə olunan şəxsi mənşəli sənədləri, həmçinin arxiv işçilərinin şəxsi təşəbbüsü nəticəsində toplanmış materiallar əsasında hazırlanmış sərgi nümayiş etdirildi və xatirə şəkilləri çəkdirildi.

 


Today: 754
Yesterday: 867
This Week: 2538
Last Week: 5734
This Month: 6577
Last Month: 23672
This Year: 95550
Total: 1115971
1115971